Ramiz Məlik: “İkinci dəfə həyata gəldim”

Ramiz Məlik: “İkinci dəfə həyata gəldim”
# 19 dekabr 2012 10:55 (UTC +04:00)

Aktyor APA-ya açıqlamasında əməliyyatdan sonra özünü yaxşı hiss etdiyini və lazımı müalicəni aldığını deyib: “Ənənəvi olaraq dərmanlar qəbul edirəm. Hava bir az nəm olduğu üçün havaya çıxmağa icazə verilmir, amma evdə gəzirəm. Müsbət tərəfə böyük irəliləyiş var, özüm durub gəzirəm. Yanvarın 15-də həkimlə görüşüm olacaq və işə çıxmaq vaxtı, hansı aktiv hərəkətləri etmək kimi məsələlər məlum olacaq. Hər şey öz yerindədir, hərarət də, təzyiq də normaldır. Hərdən təzyiqim qalxır, dərman içirəm. Bir sözlə, özümü yaxşı hiss edirəm. Neftçilər Xəstəxanasının rəhbərliyi, cərrah Rəşad Mahmudov, şəxsən səhiyyə naziri Oqtay Şirəliyevin diqqəti və humanist addımları sayəsində mən ikinci dəfə həyata qayıtdım”.

Ramiz Məlik onu sevənlərə təşəkkür edib, tamaşaçılarla növbəti ildə səhnədə görüşəcəyini vurğulayıb: “Teatrımızın direktoru İsrafil İsrafilovla telefonla danışdıq və mənə bildirdi ki, martın 15-dən yeni bir əsərin məşqlərinə başlanılır, mənim orada oynamağımı istəyir. Sözsüz, mən də məmnuniyyətlə razılaşdım. Teatrda görüşənədək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR