Əli Həsənov: “Serj Sarkisyanın açıqlaması Ermənistanın yürütdüyü militarist siyasəti pərdələmək məqsədi daşıyır”

Əli Həsənov: “Serj Sarkisyanın açıqlaması Ermənistanın yürütdüyü militarist siyasəti pərdələmək məqsədi daşıyır”
# 10 noyabr 2012 09:48 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu Azərbaycan Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov deyib.

Ermənistan prezidentinin Azərbaycanın müharibəyə hazırlaşması barədə açıqlamasına münasibət bildirən Ə. Həsənov qeyd edib ki, Serj Sarkisyanın açıqlamasının iki məqsədi var: “Birincisi, o bir tərəfdən seçki qabağı öz xalqını qorxudaraq yenidən hakimiyyətə gəlmək üçün planlar qurur. Digər tərəfdən isə Ermənistanın bölgədə yürütdüyü militarist siyasəti pərdələmək məqsədi daşıyır. Bilirsiniz ki, Cənubi Qafqazda militarist siyasəti ilk növbədə Ermənistan həyata keçirir. Ermənistan Dağlıq Qarabağı işğal edərək dünya hüququndan və beynəlxalq qurumların nəzarətindən kənar bölgədə kütləvi silahlanma siyasəti yürüdür. Neçə illərdir ki, biz BMT çərçivəsində tələb edirik ki, Dağlıq Qarabağın beynəlxalq nəzarətdən kənar qalan ərazisində bir tərəfdən kütləvi silahlanma, qeyri-qanuni narkotik dövriyyəsi və bölgənin militaristləşdirilməsi faktı var. Digər tərəfdən isə Ermənistan dövləti bütövlükdə militaristləşir və aqressivləşir. Onların siyasəti işğal olunmuş ərazilərə cəmləşdirdiyi nəzarətdən kənar hərbi texnika ilə həyata keçirirlər”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR