Soçi yaxınlığında 4,8 bal gücündə zəlzələ baş verib

Soçi yaxınlığında 4,8 bal gücündə zəlzələ baş verib
# 10 dekabr 2012 22:58 (UTC +04:00)

Bakı-APA. Bu gün axşam saatlarında Rusiyanın Soçi şəhəri yaxınlığında 4,8 bal gücündə zəlzələ qeydə alınıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Anapa şəhərindən 5,5 kilometr şərqdə, Krasnodar şəhərindən isə 125 kilometr aralıda qeydə alınıb.

Zəlzələ 3 baldan 4 baladək gücündə Anapa, Novorossiysk, Krasnodar, Krımsk və Gəlincik şəhərlərində hiss olunub.

Rusiya FHN-nin ilkin məlumatına görə, zəlzələ nəticəsində dağıntı və xəsarət alan yoxdur.

“Olimpstroy” Dövlət Korporasiyasından bildiriblər ki, zəlzələ nəticəsində Soçidəki olimpiya obyektləri heç-bir zərər çəkməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR