Göygöl sakini ağır xəsarət alıb

Göygöl sakini ağır xəsarət alıb
# 22 fevral 2017 19:40 (UTC +04:00)

Göygöl rayon sakini ağır xəsarətlə xəstəxanaya yerləşdirilib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Vidadi kənd sakini, 1959-cu il təvəllüdlü Bəhrəm Bayramov qarın nahiyəsinin ağır xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. O, dərhal əməliyyat olunub.

Vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə, V. Bayramov tövlədə inəyə qulluq edən zaman heyvan onu vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR