Azərbaycanın parataekvondo yığması dünya çempionatında 15 medal qazanıb

Azərbaycanın parataekvondo yığması dünya çempionatında 15 medal qazanıb
# 23 noyabr 2012 09:00 (UTC +04:00)

Bakı - APA. Azərbaycanın parataekvondo üzrə milli komandası 15 medal qazanmaqla dünya çempionu titulunu qoruyub. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, yığmamızın hər bir üzvü baş məşqçi Əvəz Tağıyevin rəhbərliyi altında fəxri kürsüdə yer almağı bacarıb.

Belə ki, Arubanın Santa Kruz şəhərində baş tutan mundialda 14 ölkədən 53 idmançı iştirak edib. 12 final görüşü keçirən idmançılarımızdan Emil Nüsrəttdinov (A6, 58 kq), Hüseyn Həsənov (A8, 80 kq), Vüsal İsmayılov (A6, +80 kq), Vüqar Adışirinov (A8, +80 kq), Aynur Məmmədova (A8, 57 kq) və Nicat Müslümov (A6, -68 kq) qızıl medal qazanıblar.

Gümüş mükafatlara Namiq Abbasov (A5, 58 kq), Rövşən Qəhrəmanlı (A8, 58 kq), Anar Hüseynov (A5, 68 kq), Rövşən Rzayev (A8, 80 kq), Cahangir Bayramov (A8, +80 kq) və Röyalə Fətəliyeva (A8, 49 kq) sahib olublar. Mahmud Səmədov (A8, 68 kq), Əbülfəz Abuzərli (A8, 68 kq), Aleksandr Polişuk (A6, 80 kq) isə 3-cü yeri tutublar. Azərbaycan idmançılarının böyük uğuru Dünya Taekvondo Federasiyasının rəsmi veb səhifəsində də geniş işıqlanıdırılıb.

Xatırladaq ki, Azərbaycan parataekvondoçuları 2009-cu il iyunun 10-da ilk dəfə Bakıda 16 ölkənin iştirakı ilə keçirilən Dünya çempionatında 2-ci yeri, 2010-cu il mayın 11-də Sankt-Peterburqda növbəti analoji yarşda isə komanda hesabında çempion olub. Ötən dünya çempionatında 6 qızıl, 6 gümüş və 3 bürünc medalla 1-ci nəticə göstərən millimiz sabah vətənə dönəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR