İran XİN: Tehranda Suriya hökuməti və müxalifəti arasında görüş keçiriləcək

İran XİN: Tehranda Suriya hökuməti və müxalifəti arasında görüş keçiriləcək
# 14 noyabr 2012 10:17 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA. Suriya hökuməti və müxalifəti arasında “milli dialoq” noyabrın 18-də İranın paytaxtı Tehran şəhərində keçiriləcək.

APA-nın məlumatına görə, bu haqda İranın Xarici İşlər Nazirliyindən açıqlama verilib. Bildirilib ki, görüşdə Suriya rəsmiləri, ölkənin siyasi partiya, müxalifət təmsilçiləri, eləcə də milli azlıqların nümayəndələri iştirak edəcək: “Məqsəd Suriyadakı böhranın aradan qaldırılması, münaqişənin sülh yolu ilə həllinin müzakirə edilməsidir. Lakin hələlik dialoqda iştirak edəcək müxalifət liderlərin adları açıqlanmayıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR