Venesuela müxalifəti Uqo Çavesin səhhəti barədə düzgün məlumat tələb edir

Venesuela müxalifəti Uqo Çavesin səhhəti barədə düzgün məlumat tələb edir
# 27 dekabr 2012 04:59 (UTC +04:00)

Bakı-APA. Venesuela müxalifəti prezident Uqo Çavesin dövlət başçısı vəzifəsini davam etdirmək iqtidarında olmasını təsdiqlənməsi məqsədi ilə onun hərtərəfli tibbi müayinədən keçməsi tələbini irəli sürüb. Xatırladaq ki, Uqo Çaves əməliyyatdan sonra Havanada müalicəni davam etdirir.


Ölkə müxalifəti bəyan edir ki, dövlət başçısının səhhəti ilə bağlı verilən rəsmi məlumat qeyri müəyyəndir.

Müxalifət liderlərindən biri olan Karlos Vekkio Ali məhkəmədən Uqo Çavesin hərtərəfli tibbi müayinədən keçməsi üçün tibbi komissiyanın yaradılmasını tələb edib. O həm də prezidentin səhhəti ilə yerində tanış olmaq üçün Kubaya deputatlardan ibarət qrupun göndərilməsi təşəbbüsü ilə çıxış edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR