İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibi dəyişəcək.
APA-nın məlumatına görə, “İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişiklik edilməsi haqqında” qərar layihəsi parlamentin 30 dekabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib.
Layihəyə əsasən, aşağıdakı şəxslərin namizədliyi 6 il müddətinə İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü seçilmək üçün təklif edilib:
Namizədliyi Sahibkarlar Şurası tərəfindən irəli sürülmüş şəxslər
- Zeynalov Vüqar Eldar oğlu
- Abdullayeva İlhamə Xanlar qızı
Namizədliyi Gənclər Təşkilatı tərəfindən irəli sürülmüş
- Əliyev Azər Ruslan oğlu
- Axundova Ülviyyə Süleyman qızı
Namizədliyi qadın cəmiyyətləri tərəfindən irəli sürülmüş
- Yusifova Sevil Şərif qızı
- Mansurova Zərəngiz Dəmirçi qızı.