Xəbərə fotolar əlavə edilib.
***
17:53
“Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusuna həsr olunan IV Şuşa Qlobal Media Forumu iştirakçılarını gətirən təyyarə Füzuli Beynəlxalq Hava Limanına eniş edib.
APA-nın Füzuliyə ezam olunmuş müxbiri xəbər verir ki, forumda dünyanın 54 ölkəsindən 160-a yaxın media nümayəndəsi, ekspert və rəsmi şəxs iştirak edəcək.