“Junior Eurovision 2012”də ilk dəfə təmsil olunan Azərbaycan təmsilçiləri çıxış ediblər - FOTO

“Junior Eurovision 2012”də ilk dəfə təmsil olunan Azərbaycan təmsilçiləri çıxış ediblər - <span style="color: red;">FOTO
# 01 dekabr 2012 20:42 (UTC +04:00)

APA-nın Amsterdama ezam olunmuş müxbirinin verdiyi məlumata görə, təmsilçilərimiz səhnəyə 3 nömrə altında çıxıblar. Bu gün müsabiqənin qalibi müəyyən olunacaq.

Şounu izləmək üçün çoxsaylı tamaşaçılar şounun keçirildiyi “Heineken Music Hall”a toplaşıb. Şou 12 iştirakçı ölkədə, eyni zamanda Avstraliyada canlı yayımlanır. Şouya qədər iki əsas məşq, o cümlədən münsiflərin ölkə təmsilçilərini qiymətləndirdiyi həlledici məşq keçirilib. Bu il müsabiqədə 12 ölkə - Azərbaycan, Albaniya, İsveç, Belarus, Belçika, Rusiya, İsrail, Ukrayna, Gürcüstan. Moldova, Niderland və Ermənistan təmsil olunur. Azərbaycan təmsilçiləri favoritlər sırasındadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR