Bank Of Baku

Jurnalist İlham Cəmiloğlu vəfat edib

İlham Cəmiloğlu

© APA | İlham Cəmiloğlu

# 20 avqust 2024 10:13 (UTC +04:00)

Jurnalist İlham Cəmiloğlu (Xudiyev) vəfat edib.

APA xəbər verir ki, jurnalist bu gecə dünyasını dəyişib.

Yaxınlarının bildirdiyinə görə, ölümə qəfil ürəktutması səbəb olub.

İlham Cəmil oğlu Xudiyev 1965-ci il yanvarın 25-də Xankəndi şəhərində müəllim ailəsində anadan olub. Xankəndi şəhər Nizami Gəncəvi adına 4 saylı orta məktəbdə orta təhsil alıb. 1984-1986-cı illərdə keçmiş Sovet ordusunun rabitə qoşunlarında həqiqi hərbi xidmət keçib.

Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirib.

İlham Cəmiloğlu uzun illər media sahəsində çalışıb.

Qarabağ müharibəsi iştirakçısı, müharibə veteranıdır.

1991-1998-ci illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyində hərbi jurnalist kimi fəaliyyət göstərib.

Doqquz kitab müəllifidir.

Son vaxtlar bir neçə media orqanı ilə əməkdaşlıq edirdi.

Allah rəhmət eləsin!

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR