Azərbaycan baş nazirinin müavini Əli Həsənov İspaniya Senatının sədri ilə görüşüb

Azərbaycan baş nazirinin müavini Əli Həsənov İspaniya Senatının sədri ilə görüşüb
# 22 noyabr 2012 14:50 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. İspaniyada səfərdə olan Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun başçılıq etdiyi nümayəndə heyəti İspaniya Senatının sədri Pio Qarsıya-Eskudero Markus ilə görüşüb. Bu barədə APA-ya Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verən Ə. Həsənov bildirib ki, ATƏT-in Minsk Qrupunun himayəsi altında 20 il ərzində davam edən danışıqlar heç bir nəticə verməyib. Ə. Həsənov bildirib ki, Ermənistan tərəfindən Azərbaycana vurulmuş ziyanın həcminin hesablanması üçün cəlb edilmiş beynəlxalq qiymətləndirmə təşkilatları bu ziyanın 300 milyard dollar olması qənaətinə gəliblər.

“Azərbaycan bu münaqişənin dinc yolla tənzimlənməsinin tərəfdarıdır, lakin təəssüf ki, ədalətsizlik davam edir. Bununla belə, Azərbaycan xalqının səbri hədsiz deyildir”.


İspaniya hökumətinin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini deyən Senat sədri münaqişənin sülh və dialoq yolu ilə tənzimlənəcəyinə ümid etdiyini bildirib. O, Dağlıq Qarabağ münaqişəsi məsələsində Azərbaycanın ədalətli mövqeyinin dünya birliyinə, o cümlədən Avropa İttifaqına çatdırılması coğrafiyasını genişləndirməyin vacibliyini vurğulayıb.

Görüşün yekununda Ə. Həsənov İspaniya Senatının sədrini Azərbaycana səfərə dəvət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR