Azərbaycan əcnəbi haker barəsində beynəlxalq axtarış elan edib

Azərbaycan əcnəbi haker barəsində beynəlxalq axtarış elan edib
# 04 may 2015 14:18 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Azərbaycanda bəzi şirkətlərin hesabından külli miqdarda pul oğurlayan nigerliyalı haker barəsində İnterpol xətti ilə axtarış elan edilib.

APA-nın məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

Məlumatda qeyd olunur ki, Nigeriya vətəndaşı, 36 yaşlı Muciyu Laulu Siyun Salisu kompüter sistemi və elektron-kompüter xidmət qaydalarının pozulması, kompüter sistemlərinə qanunsuz müdaxilə və oğurluqda təqsirli bilinir.

Azərbaycan hüquq-mühafizə orqanları onun barəsində dövlətlərarası axtarış elan edib və saxlanılması üçün İnterpola müraciət olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR