Bakıda “Sağlamlıq ayı” çərçivəsində profilaktik müayinələr aparılır

Bakıda “Sağlamlıq ayı” çərçivəsində profilaktik müayinələr aparılır
# 06 dekabr 2012 13:39 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Əhalini sağlamlığının qorunması, xəstəliklərin erkən aşkarlanması məqsədilə “Sağlam həyat uğrunda” devizi altında keçirilən “Sağlamlıq ayı” çərçivəsində profilaktik müayinələr aparılır. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, bu məqsədlə respublika üzrə müalicə-profilaktika müəssisələrində bir sıra tədbirlər həyata keçirilir.

Təkcə Bakı şəhərində dekabrın 1-dən 6-dək terapevtlər, LOR, cərrahlar, nevropatoloqlar, pediatrlar, mama-ginekoloqlar, oftalmoloqlar və s. tərəfindən yüz mindən artıq şəxs müayinə olunub, o cümlədən laboratoriya analizləri, ultrasəs müayinəsi, elektrokardioqrafiya müayinələri aparılıb. Müayinələr zamanı müraciət etmiş insanlardan 12000-ə yaxın şəxsdə müxtəlif xəstəliklər aşkar edilib. Bu xəstələrdən 300 nəfərə mütəxəssislər tərəfindən müxtəlif profilli xəstəxanalara stasionar müalicəyə göndəriş verilib, digərlərinə isə ambulator müalicə təyin edilib.

Səhiyyə Nazirliyindən bildirilib ki, insanlar müayinələrdən keçməklə ilk növbədə öz sağlamlıqlarına əmin ola bilər, hər hansı xəstəliyi erkən mərhələdə aşkarlamaq imkanı qazanarlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR