Azərbaycan xanəndəsinin ifası ən yaxşı 34 ifaçının seçildiyi diskdə yer alıb

Azərbaycan xanəndəsinin ifası ən yaxşı 34 ifaçının seçildiyi diskdə yer alıb
# 10 dekabr 2012 08:39 (UTC +04:00)

Bakı. Ülkər Rəşidqızı – APA. Yunanıstanda keçirilən “Womex” beynəlxalq musiqi festivalının əsas iştirakçılarının ifası toplu şəklində buraxılıb. Azərbaycanı bu festivalda təmsil edən xanəndə Qocaq Əsgərovun ifası da 10 minlərlə tirajlanan diskə daxil edilib. Xanəndənin APA-ya verdiyi məlumata görə, münsiflər heyəti bunların arasından 34 ən yaxşı ifaçını seçib adını festivalın proqramına əlavə edib. Beynəlxalq səviyyəli tədbirin təşkilatçıları və münsiflər heyəti bir neçə həftə öncə isə həmin 34 ifaçıdan 20-sini müəyyənləşdirərək ifasını diskə daxil edib. Q.Əsgərovun ifasında bu diskdə “Bayatı-şiraz” muğamından bir parça və “Küçələrə su səpmişəm” xalq mahnısı yer alıb. “On minlərlə disk dünyanın 4 tərəfində satışa buraxılıb. Maraq böyükdür, lakin Azərbaycan istisnadır. Yaxşı olardı ki, buradakı şirkətlərdən biri digər ölkələr kimi bu məsuliyyəti öz üzərinə götürərdi”, - deyən xanəndə onu da xatırladıb ki, festivala qatılmasında Mədəniyyət və Turizm Nazirliyinin və UNESCO-nun eksperti Sənubər Bağırovanın əməyi olub. Həmin tədbirdən sonra müxtəlif ölkələrdən olan menecerlər azərbaycanlı musiqiçilərə konsert təklifi ünvanlayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR