Bank Of Baku

Türkiyə XİN rəhbəri Azərbaycana təşəkkür edib

Mevlut Çavuşoğlu, Türkiyə xarici işlər naziri

© APA | Mevlut Çavuşoğlu, Türkiyə xarici işlər naziri

# 05 avqust 2021 12:26 (UTC +04:00)

Türkiyə xarici işlər naziri Mevlut Çavuşoğlu  və Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov  azərbaycanlı yanğınsöndürənlərin Türkiyədə meşə yanğınlarının söndürülməsi əməliyyatlarında iştirakı məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar.

APA-nın xəbərinə görə, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi məlumat yayıb.

M. Çavuşoğlu Azərbaycan tərəfinin meşə yanğınlarının söndürülməsində Türkiyəyə yardımına görə minnətdarlıq ifadə edib.

C. Bayramov Azərbaycanın hər zaman qardaş Türkiyənin yanında olduğunu və bu çətin günlərdə Türkiyəyə hər cür yardımı göstərməyə hazır olduğumuzu bir daha vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR