Ermənilər Azərbaycan Ordusunun mövqelərini bir neçə istiqamətdə atəşə tutublar

Ermənilər Azərbaycan Ordusunun mövqelərini bir neçə istiqamətdə atəşə tutublar
# 23 noyabr 2012 06:44 (UTC +04:00)

Bakı – APA. Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun Barekamavan kəndində, işğal olunmuş Ağdam rayonunun Şıxlar, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, Xocavənd və Goranboy rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR