Misirdə qanunverici hakimiyyət parlamentin yuxarı palatasına keçir

Misirdə qanunverici hakimiyyət parlamentin yuxarı palatasına keçir
# 27 dekabr 2012 00:46 (UTC +04:00)

Bakı-APA. Misir prezidenti Məhəmməd Mürsi xalqa müraciətində qanunverici hakimiyyətin parlamentin yuxarı palatası - Məşvərət Şurasına keçdiyini bəyan edib. Ölkə başçısının xalqa müraciəti Misir televiziyasının efirində səsləndirilib.

Ümummilli referendumda yeni Konstitusiya dəstəkləndikdən sonra Məhəmməd Mürsi Məşvərət Şurasının heyətini tam formalaşdırıb. Şura bu gün ilk iclasını keçirilib. Prezident Məhəmməd Mürsinin şənbə günü parlamentin fövqəladə iclasında qanunverici səlahiyyətlərinin çox hissəsinin yuxarı palataya verilməsi barədə bəyanatla çıxış etməsi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR