Paraqvayda ilk dəfə olaraq neft aşkar edilib

Paraqvayda ilk dəfə olaraq neft aşkar edilib
# 27 noyabr 2012 01:55 (UTC +04:00)

Bakı-APA. Paraqvay prezidenti Federiko Franko ölkədə ilk dəfə olaraq neft yatağı aşkar edildiyi barədə məlumat verib.

Franko bildirib ki, neft yatağı Argentina ilə sərhədin yaxınlığında Bokeron departamentində Piriti çayının mənsəbində tapılıb.

«Paraqvay gələn ilin aprel-iyun aylarında yəqin ki, neft hasil edən ölkələrin siyahısına daxil olacaq», deyə prezident əlavə edib.

Onun sözlərinə görə, tapılan neft «yaxşı keyfiyyətlidir və kifayət qədərdir».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR