Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın iclası keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın iclası keçirilib
# 21 dekabr 2012 13:43 (UTC +04:00)

APA-nın xəbərinə görə, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimovun sədrliyi ilə keçən iclasda nazirliyin struktur bölmələrinin və İctimai Şuraya üzv olan qeyri-hökumət təşkilatlarının rəhbərləri iştirak edib.

İclasda çıxış edən nazir müavini İlqar Rəhimov bildirib ki, 2011-ci ilin aprelindən etibarən nazirlikdə ictimai şura fəaliyyət göstərir. Onun sözlərinə görə, bu günə kimi ictimai şuranın keçirilən 6 iclasında nazirliyin fəaliyyət dairəsinə daxil olan müxtəlif məsələlər müzakirə edilib. Burada əsas məqsəd nazirlikdə gedən islahatyönümlü işlər, hazırlanan proqramlar, həyata keçirilən işlər barədə ictimaiyyəti məlumatlandırmaqdır.

İ.Rəhimov qeyd edib ki, “Korrupsiyaya qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı” və “Açıq Hökumətin təşviqi üzrə Milli Fəaliyyət Planı”nda müəyyən edilmiş vəzifələrin icrası ilə bağlı ƏƏSMN tərəfindən Tədbirlər Planı hazırlanıb. İctimai Şuranın budəfəki iclası həmin Tədbirlər Planının ictimai dinləməsinə həsr olunub.

İclasda nazirliyin sosial təminat siyasəti şöbəsinin müdiri Elnur Sultanov, informasiya texnologiyaları qrupunun rəhbəri Məmməd Aslanov təqdimatla çıxış edib, qeyd olunan məsələlərlə bağlı geniş müzakirələr aparılıb, təkliflər irəli sürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR