Azərbaycanda oğurluqda təqsirləndirilən Türkiyə vətəndaşlarının apellyasiya şikayəti üzrə məhkəmə başlayıb

Azərbaycanda oğurluqda təqsirləndirilən Türkiyə vətəndaşlarının apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
# 26 dekabr 2012 10:09 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Azərbaycanda oğurluqda təqsirləndirilən Türkiyə vətəndaşlarının apellyasiya şikayəti əsasında məhkəmənin ilkin baxış iclası keçirilib. APA-nın məlumatına görə, Şirvan Apellyasiya Məhkəməsində keçirilən proses zamanı məhkəmə baxışı yanvarın 8-nə təyin edilib.

Qeyd edək ki, oğurluq etməkdə ittiham olunan Türkiyə vətəndaşları Kenan Əzəl, Caner Korkmaz və Çengiz Korkmazdır. Onlar Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsi, Göyçay və Ucar rayon polis şöbələrinin əməkdaşları tərəfindən saxlanılıblar.

Aparılan əməliyyat tədbirləri nəticəsində onların Akif Rəhimovun evindən 10500 manat, Nizami Mürsəliyevin evindən 1780 manat, 500 manat dəyərində qızıl əşyaları, 1 ədəd videomaqnitofon və peyk antenasının başlığı, Nurməmməd Verdiyevin evindən 260 manat pul və qızıl əşyalarını, Elnur Qafarovun evindən qızıl əşyalarını, Cəlal Rəhimovun evindən 15000 manat və 3400 manat dəyərində qızıl əşyalarını, Adəm İbrahimovun evindən qızıl əşyalarını və Əlipaşa Əliyevin evindən 3 min manat qızıl əşyalarını oğurlamaları da müəyyən edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ç.Korkmaz 8 il, K. Əzəl 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. C.Korkmazın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsini tətbiq etməklə 5 il 11 ay 28 gün müddətinə şərti cəza verilib, məhkəmə hökmünə görə, o məhkəmə zalından azadlığa buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR