Azərbaycan 2020-ci ilədək 12 illik təhsilə keçəcək

Azərbaycan 2020-ci ilədək 12 illik təhsilə keçəcək
# 13 dekabr 2012 13:10 (UTC +04:00)

APA-nın xəbərinə görə, bu məsələ “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası layihəsində əksini tapıb.

Şagirdlərin idrak fəallığını, ümumi inkişafını ləngidən mövcud “yaddaş məktəbi”ndən “təfəkkür və düşüncə məktəbi”nə keçidin təmin olunması məqsədilə sistemli tədbirlər həyata keçiriləcək. Tam orta təhsil səviyyəsində təhsil təmayüllər üzrə təşkil olunacaq, istedadlı uşaqlar üçün inkişafetdirici fərdi proqramlar yaradılacaq.

Eyni zamanda, xüsusi qayğıya ehtiyacı olan, sağlamlıq imkanları məhdud uşaqlar üçün müxtəlif inkişafetdirici, korreksiyaedici və inklüziv təhsil proqramları tətbiq ediləcək. Məktəblərin tikintisi və əsaslı təmiri sahəsində həyata keçirilən işlər davam etdiriləcək, ümumi təhsil müəssisələrinin şəbəkəsinin rasionallaşdırılması istiqamətində xüsusi proqram işlənib hazırlanaraq həyata keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR