Neft yenidən ucuzlaşıb

Neft yenidən ucuzlaşıb
# 04 dekabr 2012 06:53 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Dekabrın 3-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair yanvar müqaviləsinin dəyəri 0,48 dollar və ya 0,5% azalaraq 1 barelə görə 88,61 dollar təşkil edib.

«APA-ECONOMICS»in məlumatına görə, dekabrın 3-də ICE London qitələrarası birjasında yanvarda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,43 dollar və ya 0,4% azalaraq 110,49 dollar olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR