«Bank of Baku» yeni endirim kredit kampaniyasına başlayır

«Bank of Baku» yeni endirim kredit kampaniyasına başlayır
# 04 dekabr 2012 12:13 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Bank of Baku» ASC «Yeni ilə pul ilə» şüarı altında yeni endirim kredit kampaniyasına start verir. Bankdan «APA-Economics»ə verilən məlumata görə, dekabrın 5-dən yanvarın 15-dək «Bank of Baku» ölkə vətəndaşlarına arayışsız (yalnız şəxsiyyət vəsiqəsi ilə) nağd kreditlər ayıracaq.

Bundan başqa, bu müddət ərzində «Bank of Baku» istehlak və pul kreditlərinin illik faiz dərəcəsində 3%-lik endirim həyata keçirir. Qeyd edək ki, bu kampaniya avtomobil, ipoteka, əmanətə bağlı və VIP kreditlərə şamil edilmir.

Kreditin minimal və maksimal məbləği 500-5000 manat, müddəti isə 30 ay təşkil edir. Qeyd edilir ki, 3%-lik endirim və arayışsız kredit fürsətindən faydalana biləcək əhali qrupları ilə http://www.bankofbaku.com/az/araissiz-kreditler/yeni-ile-pul-ile-arayissz-kredit.html keçidində tanış olmaq mümkündür.

Bankın məlumatına görə, tezliklə «Bank of Baku»nun korporativ saytında onlayn bələdçi istifadəyə veriləcək. Onlayn bələdçinin yardımı ilə hər bir kəs nə qədər arayışsız kredit ala biləcəyinə dair məlumat alacaq.

Kampaniyanın təfsilatları ilə yaxından tanış olmaq üçün «Bank of Baku»nun 145 nömrəli Məlumat Mərkəzinə zəng etmək mümkündür. Eyni zamanda, maraqlanan şəxslər bankın korporativ sosial şəbəkə saytında (www.facebook.com/bankofbaku.com) istənilən sualı verə bilər.

«Bank of Baku»dan ilk dəfə kredit almağı düşünənlər kredit şərtlərini öyrənmək üçün iş yerinin adını, «Bank of Baku»nun daimi müştəriləri «Dostlar klubu»nun hansı kartına sahib olduğunu və nə qədər kredit ala biləcəyini öyrənmək üçün isə «Dost, boşluq, 6 rəqəmli müştəri kodu»nu yazıb 8145-ə SMS göndərə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR