“TurAz Qartalı - 2017” təlimlərində iştirak edəcək Türkiyə aviasiyasının növbəti qrupu Azərbaycana gəlib

“TurAz Qartalı - 2017” təlimlərində iştirak edəcək Türkiyə aviasiyasının növbəti qrupu Azərbaycana gəlib
# 15 sentyabr 2017 14:01 (UTC +04:00)

“TurAz Qartalı - 2017” birgə təlimlərində iştirak etmək üçün Türkiyə hərbi aviasiyasının növbəti qrupu Azərbaycana gəlib.

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, sentyabrın 18-dən 30-dək ölkəmizdə keçiriləcək təlimlərdə Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29, F-16, Su-25, C-130 Herkules, CASA CN-235 təyyarələri və Mi-35, Mi-17, Sikorski S-70 helikopterlərindən ibarət 30-dək aviasiya vasitəsi iştirak edəcək.


Aviasiya vasitələrinin gəlişi davam edir.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR