Azərbaycanın səfiri Sudan parlamentinin spikeri ilə görüşüb

Azərbaycanın səfiri Sudan parlamentinin spikeri ilə görüşüb
# 09 dekabr 2012 15:50 (UTC +04:00)

Bakı-APA. Azərbaycanın Misir və Sudanda akkreditasiya olunmuş səfiri Şahin Abdullayev Sudan parlamentinin spikeri Əhməd İbrahim Əl-Tahir ilə görüşüb.

Səfirlikdən APA-ya verilən məlumata görə, görüşdə Əhməd Əl-Tahir BMT, İslam əməkdaşlıq təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində iki ölkə arasında əməkdaşlığın məmnunluq doğurduğunu diqqətə çatdırıb. O, Sudanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini daim dəstəklədiyini qeyd edib.

Səfir Ş. Abdullayev Dağlıq Qarabağ münaqişəsi və onun doğurduğu fəsadlar haqqında Sudan parlamentinin sədrinə ətraflı məlumat verib, Sudanın bu münaqişə ilə bağlı ədalətli mövqeyinin Azərbaycan tərəfindən yüksək qiymətləndirildiyini bildirib.

Səfir Sudan və Azərbaycan parlamentləri arasında dostluq qruplarının yarıdılmasının və qarşılıqlı səfərlərin təşkil olunmasının vacibliyini də vurğulayıb.

Əhməd Əl-Tahir də bu təklifi dəstəkləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR