Azərbaycanda havaların kəskin soyuması ilə əlaqədar «Aztelekom»un qəza briqadaları hazır vəziyyətə gətirilib

Azərbaycanda havaların kəskin soyuması ilə əlaqədar «Aztelekom»un qəza briqadaları hazır vəziyyətə gətirilib
# 13 dekabr 2012 14:56 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin dekabrın 13-ü axşamdan ölkə ərazisində havanın kəskin soyuyacağı xəbəri ilə əlaqədar Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin birlik və müəssisələri adekvat addımlar atıb.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, «Bakı Telefon Rabitəsi» İstehsalat Birliyi payız və qış mövsümünə hazırlıqla əlaqədar öncədən tədbirlər görüldüyündən paytaxt rabitəçiləri ən sərt hava şəraitində fasiləsiz rabitə xidməti göstərməyə hazırdır.


Eyni zamanda, «Aztelekom» İstehsalat Birliyi qəza briqada dəstələrini tam hazır vəziyyətə gətirib. Bu qəza dəstələri istənilən hava şəraitində rabitənin dayanıqlığını təmin etməyə qadirdir.


Qeyd edək ki, proqnozlara əsasən, dekabrın 14-dən 18-dək havanın temperaturu 8-10 dərəcə aşağı enəcəyi gözlənilir. Bakıda və Abşeron yarımadasında dekabrın 13-də günün ikinci yarısında buludluluğun tədricən artacağı, axşama doğru yağış yağacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR