“AsiaSat” İran telekanallarının yayımını dayandırıb

“AsiaSat” İran telekanallarının yayımını dayandırıb
# 15 noyabr 2012 18:23 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. İran telekanallarının “AsiaSat”dan (Asiya Peyk Telekommunikasiya Co.Ltd) yayımı dayandırılıb. APA-nın “Press TV”yə istinadən verdiyi məlumata görə, şirkətdən İran telekanallarının Şərqi Asiyaya yayımının tamamilə dayandırıldığı açıqlanıb. Lakin “AsiaSat”dan yayımın dayandırılmasının səbəbləri barədə heç bir məlumat verilməyib.

Qeyd edək ki, “AsiaSat” kommersiya peykidir. Şirkətin iki əsas səhmdarı Honkonqda yerləşən CITIC (34,8%) və Gentral Electrikdir (34,1% ).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR