Hadı Rəcəbli: “Gənclərimizin əksəriyyəti özlərini işləmək üçün əziyyətə vermək istəmirlər”

Hadı Rəcəbli: “Gənclərimizin əksəriyyəti özlərini işləmək üçün əziyyətə vermək istəmirlər”
# 19 noyabr 2012 09:20 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. “Bu gün ölkədə kifayət qədər iş yeri olsa da, təəssüflər olsun ki, iş yerləri tələbata uyğun deyil”. APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib. O bildirib ki, bu gün hüquq təhsili olan yüzlərlə gənc heç yerdə işləmir. Dünyada hüquq təhsilinin ikinci təhsil kimi qəbul olunduğunu deyən millət vəkili vurğulayıb ki, gənclər ixtisaslaşana kimi hansısa sahənin hüquqşünası olaraq yetişir: "Bu gün bu sahədə gənclərin bir çoxu əllərində diplom tutub, heç yerdə işləmir və nə vaxtsa hüquqşünas olacağını, hüquq sahəsində işləyəcəyini arzu edir. Bu gün isə daha çox savadlı mütəxəssislərə ehtiyac var və onlar müsabiqə yolu ilə seçilirlər. Ölkədə kifayət qədər iş yerləri mövcuddur. Amma təəssüflər olsun ki, gəclərimizin özlərində də tənbəllik var. Gənclərimizin əksəriyyəti özlərini işləmək üçün əziyyətə vermək istəmirlər. Onlar daha asan və daha yüksək məbləğdə iş yerlərində çalışmaq istəyirlər. Onların iş yeri haqqında soruşduqları birinci məsələ əmək haqqının nə qədər olmasıdır. Hazırda heç kimi tanışlıqla işə götürmürlər, əvvəllər belə hallar mövcud idi, artıq aradan qalxıb. Hər bir gənc ali məktəbdə oxuyursa, yaxşı mütəxəssis olmalıdır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR