Ağacan Abıyev: “Ermənistanda ən güclü idmançılarımız hələ rinqə çıxmayıblar”

Ağacan Abıyev: “Ermənistanda ən güclü idmançılarımız hələ rinqə çıxmayıblar”
# 30 noyabr 2012 09:07 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Ermənistanda gənclər arasında dünya çempionatında iştirak edən Azərbaycan boksçularının təhlükəsizliyi yüksək səviyyədə təmin olunur. APA-nın məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Ağacan Abıyev bildirib.

Azərbaycan boksçularının ayrıca mehmanxanada yerləşdirildiyini, mühafizəsinin təmin olunduğunu deyən A.Abıyevin sözlərinə görə, idmançıların durumu ilə hər gün şəxsən maraqlanır və heç bir problem yoxdur.

Açılış mərasimində Azərbaycanın dövlət bayrağının qaldırıldığını deyən A.Abıyev ilk günkü qarşılaşmada Azərbaycan idmançısının uduzmasına da münasibət bildirib: «Bizim ən güclü idmançılarımız hələ rinqə çıxmayıblar. Üç nəfər bu gün döyüşə çıxacaq. Bayrağın aparılması zamanı heç bir problem görmədim. Bu yarış AİBA-nın təşkilatçılığı ilə keçirilir və burada iştiraka hər hansı maneə olarsa həmin ölkə cəzalandırıla bilər. Arenada fit çalınmasına gəlincə, deyə bilərəm ki, bu hər yerdə olur».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR