Bank Of Baku

Media İnkişafı Agentliyi diffamasiya ilə bağlı araşdırma aparır

Əhməd İsmayılov

© APA | Əhməd İsmayılov

# 09 dekabr 2021 11:17 (UTC +04:00)

“Mediada islahatların birinci istiqaməti normativ hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı idi”.

APA-nın məlumatına görə, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov deyib.

O bildirib ki, buna görə də yeni “Media haqqında” qanun layihəsi hazırlanıb.

Ə. İsmayılovun sözlərinə görə, MEDİA tərəfindən diffamasiya ilə bağlı araşdırmalar aparılır.

“Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinə dəyişiklik etməklə, cəzaların dekriminallaşması ilə diffamasiya ilə bağlı dəyişikliyə gedə bilərik”, - Ə. İsmayılov vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR