Filippində güclü qasırğa nəticəsində 27 nəfər ölüb

Filippində güclü qasırğa nəticəsində 27 nəfər ölüb
# 09 dekabr 2014 04:05 (UTC +04:00)

APA-nın İTAR-TASS agentliyinə istinadın verdiyi xəbərə görə, fəlakət zonasından 1 milyona yaxın insan təxliyyə edilib.

Məlumata görə, şiddətli külək və yağışlarla müşayiət olunan qasırğa Filippinin mərkəzi bölgəsində yer sürüşmələrinə səbəb olub. Nəticədə yerüstü nəqliyyatın hərəkəti tamamilə iflic olub. 200-ə yaxın aviareys təxirə salınıb, bir neçə hava limanı bağlanıb. Təbii fəlakət nəticəsində zərərçəkənlərin sayı on minlərlə ölçülür. “Xaqupit” bu mövsüm Sakit okean regionunda formalaşan sayca 22-ci tropik qasırğadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR