Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rayon şöbəsinin sabiq müdirinin apellyasiya şikayəti üzrə məhkəmə başlayıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rayon şöbəsinin sabiq müdirinin apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
# 16 noyabr 2012 08:12 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Şirvan Apellyasiya Məhkəməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kürdəmir rayon şöbəsinin sabiq müdiri Qismət Abdurahmanov və digərlərinin apellyasiya şikayəti əsasında məhkəmə prosesi başlayıb. APA-nın məlumatına görə, prosesdə məhkəmə baxışı noyabrın 28-nə təyin edilib.

Qeyd edək ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Q. Abdurahmanov 11 il, şöbənin əməkdaşı İradə Abbasova 10 il, Elman Rəhimov 8 il 6 ay, Namiq Məmmədov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib, Asiya Nağdəliyeva isə 2 min manat cərimə olunub. Həmin şəxslər korrupsiyaya qarşı mübarizə üzrə görülən tədbirlər nəticəsində saxlanılıblar. Onlar mənimsəmə və sənədləri saxtalaşdırmaqda təqsirləndirilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR