Bank Of Baku

Mətbuat Şurası onlayn media ilə bağlı təkliflər layihəsi hazırlayır

Mətbuat Şurası onlayn media ilə bağlı təkliflər layihəsi hazırlayır
# 03 may 2019 10:58 (UTC +04:00)

Azərbaycan Mətbuat Şurası Milli Məclisə təqdim olunması üçün onlayn media ilə bağlı təkliflər layihəsi hazırlayır.

ONA-nın məlumatına görə, bunu millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

O bildirib ki, həmin təkliflər paketində onlayn media ilə bağlı bir sıra zəruri məsələlər həllini tapacaq:” Hazırda həmin təkliflərin hazırlanması üzərində iş gedir. Bildiyimiz kimi, onlayn media jurnalistikanın tərkib hissəsidir.  Həmin təkliflərə əsasən, KİV-ə şamil olunan prinsiplər onlayn mediaya da aid ediləcək. Həmçinin həmin təkliflərdə onlayn medianın spesifik xüsusiyyətləri əksini tapacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR