Mətbuat Şurası Lent.az-ı təbrik edib

Mətbuat Şurası Lent.az-ı təbrik edib
# 25 iyun 2023 15:23 (UTC +04:00)

Mətbuat Şurası fəaliyyətə başlamasının 15 illiyi ilə bağlı Lent.az-a təbrik ünvanlayıb.

APA xəbər verir ki, təbrikdə deyilir:

"Lent.az” İnformasiya Agentliyinin fəaliyyətə başlamasından 15 il ötür. Bu münasibətlə "APA Group” kimi Azərbaycanın öncül media brendinin tərkibində yer alan agentliyi Mətbuat Şurasının İdarə Heyətinin üzvü Vüsalə Mahirqızı başda olmaqla təbrik edir, istedadlı, zəhmətkeş həmkarımız Hafiz Heydərovun rəhbərlik etdiyi yubilyar media orqanının kollektivinə səmimi arzu və diləklərimizi çatdırırıq.

Lent.az” jurnalist peşəkarlığının ölkəmizin internet media məkanı üçün aktuallığını təsdiqləmiş və əməli fəaliyyəti ilə bu məkanın, cəmiyyətin maraq və mənafeləri baxımından səfərbərliyinin nümunəsini yaratmış informasiya agentliyidir. Həmişə özünəxas dəst-xətti ilə seçilib. Hadisə və proseslərə operativ, obyektiv yanaşma tərzi ona geniş oxucu auditoriyası qazandırıb.

"Lent.az” yalnız jurnalistika hadisəsi olmamış, eyni zamanda, bədii-publisistik fikrin böyük ifadə meydanına çevrilmişdir. Bu media orqanı peşəmizin janr zənginliyinin qorunub saxlanılmasına da müstəsna töhfələr vermiş, ziyalı tribunası olaraq sözə ciddilik obrazı qazandırmışdır.

Bu günün "Lent.az”ı da jurnalistikamızın ənənələrinə sadiqdir. 15 il əvvəlin möhkəm təməli isə qətiyyətlə onu deməyə əsas verir ki, bu sadiqlik media orqanını daha böyük rəqəmli əlamətdar təqvim günlərinə daşıyacaqdır.

Bir daha "Lent.az”ın rəhbərliyini və əməksevər kollektivini fəaliyyətlərinin 15 illiyi münasibətilə təbrik edir, onların hər birinə daha böyük uğurlar, bol-bol müvəffəqiyyətlər arzulayırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR