ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib

ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
# 17 dekabr 2012 14:49 (UTC +04:00)

Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda Suriyada baş verən hadisələrə diqqət yönəldilib, ABŞ-ın bu ölkənin müxalifətinin Suriyanın dövlət təmsilçisi kimi tanıması faktı təqdir edilib və Azərbaycan hakimiyyətini bu yöndə ciddi addımlar atmağa çağırılıb.

İdarə Heyəti ABŞ-da baş verən dəhşətli cinayət hadisəsini qətiyyətlə pisləyib və ABŞ-ın Azərbaycandakı səfirliyinə başsağlığı məktubu ünvanlayıb.

İclasda “Freedom House” beynəlxalq hüquq müdafiə təşkilatının “Dünyada azadlıq - 2012” adlı hesabatı, AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçilərinin ölkədə demokratiya, insan hüquq və azadlıqlarının pozulması ilə bağlı təqdim etdiyi hesabatı müzakirə olunub. Eyni zamanda iclasda komitə üzvlərinin Azərbaycana səfər zamanı prosedur qaydalara əməl etməməsinin, ölkə müxalifəti ilə təmas qurmadan və fərqli baxışları təhlil etmədən hesabat hazırlamasının bu qurumun üzərinə götürdüyü missiya ilə uyğun gəlmədiyi də qeyd edilib.

İdarə Heyəti İnsan hüquqları üzrə müvəkkil (ombudsman) Elmira Süleymanovanın Prezident yanında Əfv Komissiyanın üzvlüyündən çıxarılması məsələsinə də münasibət bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR