Azərbaycan ərazisində qamma şüalanmasına nəzarət şəbəkəsi yaradılıb

Azərbaycan ərazisində qamma şüalanmasına nəzarət şəbəkəsi yaradılıb
# 29 noyabr 2012 09:50 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu jurnalistlərə Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəisi vəzifəsini icra edən Vüqar Hüseynov bildirib.

V. Hüseynovun sözlərinə görə, 6 istiqamətdə – dövlət sərhədləri yaxınlığında qamma detektorları qurulub və qamma şüalanması halları qeydə alındıqda müvafiq qurumlara buradan anında məlumatlar daxil olur: «Bu şəbəkə bizə atom elektrik stansiyalarına malik qonşu ölkələr, o cümlədən Ermənistan istiqamətindən radioloji şüalanmanı müəyyənləşdirməyə imkan verir».

Ermənistandakı Metsamor AES-in Azərbaycan üçün təhlükə olduğunu deyən V. Hüseynovun sözlərinə görə, bu stansiya ilə bağlı rəsmi Bakının fikirləri Avropa Birliyi və digər təşkilatların fikirləri ilə üst üstə düşür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR