Prokuror Quba hadisələrində təqsirləndirilən şəxslərə cəza istəyib - YENİLƏNİB

Prokuror Quba hadisələrində təqsirləndirilən şəxslərə cəza istəyib - <span style="color: red;">YENİLƏNİB
# 20 dekabr 2012 14:55 (UTC +04:00)

APA-nın məlumatına görə, prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror təqsirləndirilən şəxslərdən Səfər Qəribov, Zimistan Əmiraslanov, Akif Əliyev, Telman Dadaşov, Samir Abdullayev, Məmmədhəsən Əkbərovun hər birinin 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Digər təqsirləndirilən şəxs Habil Əliyevə isə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini və əvvəllər barəsində çıxarılmış qərara əsasən ödənilməmiş qalmış 200 manat cərimənin ödənilməsi də xahiş edib.

Daha sonra prosesdə çıxış üçün vəkillərə söz verilib. Onlar müdafiə etdikləri şəxslərə bəraət verilməsini xahiş ediblər. Vəkillərin çıxışından sonra təqsirləndirilən şəxslər son söz deyiblər. Onlar da məhkəmədən barələrində bəraət hökmünün çıxarılmasını xahiş ediblər.

Proses dekabrın 21-də davam etdiriləcək.

Qeyd edək ki, Quba hadisələrinə görə saxlanılan şəxslərdən Əliyev Habil Əhməd oğlu Azərbaycan Cİnayət Məcəlləsinin 127.2.3 (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az zərər vurma), 186.2.2 (əmlakı qəsdən məhvetmə və ya zədələmə - yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda), 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham olunur.

Digər müttəhimlər - Akif Məmmədtağı oğlu Əliyev, Qəribov Səfər Fazil oğlu, Əmiraslanov Zimistan Əkrəm oğlu, Dadaşov Telman Əfqan oğlu, Abdullayev Samir Alim oğlu və Əkbərov Məmmədhəsən Məmmədəli oğlu isə CM-nin 186.2.1 (əmlakı qəsdən məhvetmə və ya zədələmə - zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə), 186.2.2 (əmlakı qəsdən məhvetmə və ya zədələmə - yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda), 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və bu cür hərəkətlərdə fəal iştirak etmə), 315.2 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələrinin tələblərini pozmaqda təqsirləndirilirlər.

***

Saat 16:46

Bakı. Şəhriyar Əlizadə - APA. Quba Rayon Məhkəməsində hakim Füzuli Pənahovun sədrliyi ilə bu il martın 1-də rayon ərazisində baş verən hadisələrə görə həbs olunan 7 nəfərin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

APA-nın məlumatına görə, prosesdə dövlət ittihamçısı çıxış edib. O, təqsirləndirilən şəxslərdən Səfər Qəribov, Zimistan Əmiraslanov, Akif Əliyev, Telman Dadaşov, Samir Abdullayev, Məmmədhəsən Əkbərovun hər birinin 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Prokuror digər təqsirləndirilən şəxs Habil Əliyevin 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini və əvvəllər barəsində çıxarılmış qərara əsasən ödənilməmiş qalmış 200 manat cərimənin ödənilməsini də tələb edib.

Daha sonra çıxış üçün söz vəkillərə verilib. Proses davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR