Yeni Azərbaycan Partiyası üzvlərinin sayı 600 min nəfərə çatıb - FOTOSESSİYA

Yeni Azərbaycan Partiyası üzvlərinin sayı 600 min nəfərə çatıb - <span style="color: red;">FOTOSESSİYA
# 22 dekabr 2012 09:47 (UTC +04:00)

Bakı. Ramil Məmmədli – APA. Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) 600 mininci üzvünə partiyanın vəsiqəsi təqdim olunub.

APA-nın məlumatına görə, YAP sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov deyib ki, 1992-ci ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış partiyanın sıraları günbəgün genişlənir: “Bu intellektual güc genişlənərək, böyük siyasi qüvvəyə çevrilir”. Ə. Əhmədov qeyd edib ki, partiya böyük şərəfli yol keçib, bundan sonra da ölkənin qüdrətinin artması istiqamətində öz işini davam etdirəcək.

Ə. Əhmədov 2012-ci il də ölkənin ictimai-siyasi, mədəni həyatında xüsusi rol oynayan hadisələr haqda da danışıb: “Azərbaycan bu il həm beynəlxalq səviyyədə, həm ölkə səviyyəsində uğurlara imza atıb. Bütün bunlar Azərbaycanın inkişafından xəbər verir”.

Daha sonra YAP-ın 600 mininci üzvünə - Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin ikinci kurs tələbəsi İsmayılov Rövşən Mehman oğluna partiyanın vəsiqəsi təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR