BVF Azərbaycanın sığorta-pensiya sistemində apardığı islahatlara texniki yardım göstərməyə hazır olduğunu bildirib

BVF Azərbaycanın sığorta-pensiya sistemində apardığı islahatlara texniki yardım göstərməyə hazır olduğunu bildirib
# 14 noyabr 2012 09:01 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın Dövlət Sosial Müdafiə Fondunda (DSMF) Beynəlxalq Valyuta Fondunun (BVF) Bakıda səfərdə olan nümayəndə heyəti ilə görüş keçirilib.

Fondun ictimaiyyətlə əlaqələr sektorundan «APA-Economics»ə verilən məlumata görə, görüşdə son illər Azərbaycanın sığorta-pensiya sistemində görülən işlər barədə məlumat verən DSMF sədri Səlim Müslümov bildirib ki, yaxın perspektivdə başlıca vəzifə sosial sığorta ödəyicilərinin tam qeydiyyata alınması və əmək haqlarının leqallaşdırılması yolu ilə Fondun maliyyə axınlarının gücləndirilməsindən ibarətdir.

S.Müslümov icbari dövlət sosial sığorta haqlarının toplanması sahəsində mühüm nailiyyətlərin əldə olunduğunu qeyd edərək, bu sahədə problemlərin aradan qaldırılması üçün müvafiq dövlət qurumları ilə birgə işin aparıldığını vurğulayıb. Növbəti illərdə nəzərdə tutulan pensiya islahatlarına toxunan Fondun sədri «Əmək pensiyaları haqqında» və «Sosial sığorta haqqında» qanunlara bir sıra əlavə və dəyişikliklərin edilməsi üçün layihələrin hazırlandığını nəzərə çatdırıb.

BVF nümayəndə heyətinin rəhbəri Raca Almarzogi Azərbaycanda beynəlxalq standartlara cavab verən sığorta-pensiya sisteminin qurulması istiqamətində DSMF-nin həyata keçirdiyi islahatlara təmsil etdiyi qurumun da hər zaman texniki yardım göstərməyə hazır olduğunu bildirib. R.Almarzogi icbari dövlət sosial sığorta haqlarının toplanması istiqamətindəki uğurları inkişaf etdirmək üçün həyata keçirilməsi nəzərdə tutulan tədbirləri də dəstəklədiklərini bildirib.

Görüşdə BVF tərəfindən göstəriləcək texniki yardımla bağlı fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR