Gəncədə baş verən güclü yanğında bir neçə ev və obyekt yanıb

Gəncədə baş verən güclü yanğında bir neçə ev və obyekt yanıb
# 17 dekabr 2012 07:09 (UTC +04:00)

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Gəncə şəhəri, Nizami rayonunda ümumi sahəsi 1150 kvadratmetr olan evdə yanğın olub, ayrı-ayrı vətəndaşlara məxsus ev və obyektlər yanıb. Ümumi sahəsi 30 kv.m olan ərzaq dükanının tavanı 30 kv.m sahədə, ümumi sahəsi 60 kv.m olan birmərtəbəli dördotaqlı evin 2 otağının yanar konstruksiyaları ev əşyaları ilə birlikdə 24 kv.m sahədə, ümumi sahəsi 60 kv.m olan kafenin tavanı 60 kv.m sahədə, ümumi sahəsi 78 kv.m olan birmərtəbəli üçotaqlı evin 2 otağının tavanı 24 kv.m sahədə, ümumi sahəsi 60 kv.m olan parça mağazasının tavanı 60 kv.m sahədə, ümumi sahəsi 90 kv.m olan birmərtəbəli dördotaqlı evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə və ümumi sahəsi 60 kv.m olan birmərtəbəli üçotaqlı evin 2 otağının tavanı 24 kv.m sahədə yanmışdır (ümumi 372 kv.m sahədə) yanıb. Bitişik evlər və obyektlər yanğından mühafizə olunub. Yanğın saat 07:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR