Elxan Məmmədov: ““Neftçi”nin Avroliqadakı çıxışını uğurlu sayıram”

Elxan Məmmədov: ““Neftçi”nin Avroliqadakı çıxışını uğurlu sayıram”
# 07 dekabr 2012 08:47 (UTC +04:00)

Bakı-APA. “Neftçi”nin UEFA Avropa Liqasının qrup mərhələsinə yüksəlməsi futbol ictimaiyyəti və azarkeşlər üçün böyük sevinc hissinə səbəb oldu. Təmsilçimizin qrupdakı oyunlarını izləmək bizə fərqli duyğular və həyəcan yaşatdı”. Apasport.az saytının məlumatına görə, bunu AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

O “Neftçi”nin Avroliqakı çıxışına qiymət verib. Məmmədov “ağ-qaralar”ın qrup mərhələsində mübarizə aparmasını Azərbaycan futbolunun inkişafının göstəricisi kimi dəyərləndirib: “Hesab edirəm ki, debüt ilindəcə "Neftçi"nin Avroliqanın qrup mərhələsində 3 xal toplaması uğurlu nəticədir. Son oyunun nəticəsindən asılı olmayaraq təmsilçimizin növbəti mərhələyə çıxa bilməyəcəyi bəlli olsa belə, dünyanın adlı-sanlı klublarından biri ilə - 2 il əvvəl Çempionlar Liqasının qalibi olmuş İtaliyanın “İnter” komandası ilə səfərdə heç-heçəyə nail olmaq sevindirici haldır”.

Qeyd edək ki, “İnter” – “Neftçi” matçı 2:2 hesabı ilə yekunlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR