Şabranda ev yanıb

Şabranda ev yanıb
# 22 noyabr 2012 14:05 (UTC +04:00)

Bakı. Fuad Cəfərov-APA. Şabran rayonunda yaşayış evi yanıb. APA- nın Fövqəladə Hallar Naziriliyinin saytına istinadən verdiyi xəbərə görə, hadisə bu gün Şabran rayonu, Əmirxanlı kəndində qeydə alınıb. Vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan birmərtəbəli ikiotaqlı evin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 20 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 12:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR