Təhsil Nazirliyi: Müəllimlər arasında aparılan sorğu maraqlı faktlar üzə çıxarıb

Təhsil Nazirliyi: Müəllimlər arasında aparılan sorğu maraqlı faktlar üzə çıxarıb
# 26 noyabr 2012 14:43 (UTC +04:00)

Bu barədə APA-ya açıqlamasında Təhsil Nazirliyinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Təranə Hacıyeva məlumat verib. O bildirib ki, sorğular nəticəsində yeni qiymətləndirmə ilə bağlı müəllimlərin üzərinə böyük yükün düşdüyü və bunun zəhmət tələb edən bir iş olduğu müəyyənləşib. Şöbə müdirinin sözlərinə görə, monitorinqin nəticəsində məlum olub ki, I-V siniflərdə dərs deyən müəllimlərin arasında yeniliyi qəbul edərək tətbiq edən, həm nəzəriyyəsini və təcrübi əhəmiyyətini dərk edənlər riyaziyyat və xarici dil müəllimləridir: “Çünki xarici dil müəllimləri dünya təcrübəsini bilən, baş verən hadisələri həmin dildə oxumağı bacaran insanlardır. Riyaziyyat isə elmlərin şahı olduğu üçün müəllimləri daha çox yeniliyi dəstəkləyir. İbtidai sinif müəllimləri də bu məsələdə seçiliblər. Çünki ibtidai sinif müəllimləri 4 ildən yuxarıdır ki, bu işi tətbiq edirlər. Amma təəssüflər olsun ki, Azərbaycan dili və ədəbiyyat, fiziki tərbiyə və texnologiya müəllimləri monitorinqin nəticəsinə əsasən sonuncu yerlərdə qərarlaşıblar. Onlar bu yeniliklərə nikbin baxmaq və proqnozlar vermək üzrə ən axırıncı yeri tutublar. Ön yerlərdə isə xarici dil, riyaziyyat, tarix, rus dili müəllimləri durur”.

Şöbə müdiri qeyd edib ki, müəllimlərin yaşına görə təhlil apardıqda məlum olub ki, 30 yaşa kimi müəllimlərin düşüncəsi, işə yanaşması 60 yaşdan yuxarı müəllimlərlə ziddiyyət təşkil edir: “Suallara ən yaxşı, dünya müəllimlərinə uyğun vərdişlərə uyğun cavabı 31-50 və ya 60 yaşdan yuxarı müəllimlərlə müqayisədə 30 yaşa qədər müəllimlər verib”.

T.Hacıyeva qeyd edib ki, bu sorğu ilkin olaraq Bakı şəhərində aparılıb. Onun sözlərinə görə, yaxın gələcəkdə bunun rayonlarda da həyata keçirilməsi nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR