Bank Of Baku

MTRŞ 5 şirkətə kabel şəbəkəsi yayımı üçün lisenziya verib

MTRŞ 5 şirkətə kabel şəbəkəsi yayımı üçün lisenziya verib
# 27 dekabr 2021 15:32 (UTC +04:00)

Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) onlayn formatda iclası keçirilib.

Şuradan APA-ya verilən xəbərə görə, iclasda kabel şəbəkə yayımçısı lisenziyasının alınması üçün müraciətlərə baxılıb.

Şuranın müvafiq qərarları ilə "Beeonline" ASC-yə və "StarTelekom" MMC-yə abonent sayı 5000-dən çox olan kabel şəbəkə yayımçısı (yayım üsulu kabel və internet olmaqla) üçün müddətsiz lisenziya, "ArtKom.Net" MMC-yə, "Real Telecom" MMC-yə və "Fast Net Technology" MMC-yə isə abonent sayı 5000-dək olan kabel şəbəkə yayımçısı (yayım üsulu internet olmaqla) üçün müddətsiz lisenziya verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR