Latviya baş nazirinin Azərbaycana səfərinin proqramı açıqlanıb

Latviya baş nazirinin Azərbaycana səfərinin proqramı açıqlanıb
# 21 noyabr 2012 14:53 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva – APA. Gələn həftə Latviyanın baş naziri Valdis Dombrovskis Azərbaycana səfərə gələcək.

Latviya baş nazirinin mətbuat xidmətindən APA-ya bildirilib ki, noyabrın 27-30-da baş tutacaq səfər zamanı V.Dombrovskis Azərbaycanın prezidenti, baş naziri və müvafiq qurumların rəhbərləri ilə görüşlər keçirəcək, Azərbaycan-Latviya biznes-forumunun açılış mərasiminə qatılacaq.

Baş nazirin başçılıq etdiyi nümayəndə heyətinə 90 latviyalı sahibkar daxil olacaq: “Bu, son bir neçə ildə Latviyanın ən böyük biznes nümayəndə heyətidir ki, yerli sahibkarların Azərbaycana marağının göstəricisidir”.

Səfərin əsas məqsədi Azərbaycan və Latviya arasında iqtisadi əməkdaşlığın genişləndirilməsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR