Siyavuş Novruzov: “İCAPP-ın Bakıda keçiriləcək 7-ci Baş Assambleyasında 50-dən çox ölkədən 400-ə yaxın nümayəndə iştirak edəcək”

Siyavuş Novruzov: “İCAPP-ın Bakıda keçiriləcək 7-ci Baş Assambleyasında 50-dən çox ölkədən 400-ə yaxın nümayəndə iştirak edəcək”
# 12 noyabr 2012 14:47 (UTC +04:00)

Bakı. Pərvin Abbasov – APA. “Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (İCAPP) Bakıda keçiriləcək 7-ci Baş Assambleyasına hazırlıq işləri yüksək səviyyədədir. Yeni Azərbaycan Partiyası bu təşkilatın ən fəal üzvlərindən biridir”. APA-nın xəbərinə görə, bu fikirləri YAP-ın rəsmi saytına açıqlamasında partiya icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.


S. Novruzov bildirib ki, artıq tədbirdə iştirakla bağlı ayrı-ayrı ölkələrin siyasi partiyalar tərəfindən məktublar daxil olub: “Həmin partiyalar İCAPP-ın 7-ci Baş Assambleyasında iştiraklarını təsdiq edirlər. Bu nüfuzlu tədbirdə 50-dən çox ölkədən 400-ə yaxın nümayəndə iştirak edəcək. Noyabrın 20-dən etibarən qonaqlar ölkəmizə gəlməyə başlayacaqlar. Onların qarşılanması və digər məsələlər də həllini tapıb. Demək olar ki, həmin tədbirin keçirilməsinə tam şəkildə hazırıq. Ümumiyyətlə, ayrı-ayrı ölkələrdə də İCAPP-ın tədbirləri olub. Amma hesab edirəm ki, ölkəmizdə keçirilən tədbir ən yüksək səviyyədə baş tutacaq. Azərbaycanda keçirilən bütün beynəlxalq tədbirlər daim yüksək səviyyədə olub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR