Rusiyada azərbaycanlının başçılıq etdiyi cinayətkar qrup ifşa edilib

Rusiyada azərbaycanlının başçılıq etdiyi cinayətkar qrup ifşa edilib
# 26 dekabr 2012 08:13 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli - APA. Rusiyanın Altay vilayətini hüquq-mühafizə orqanları Barnaulda narkotik satışı ilə məşğul olan cinayətkar qrupu ifşa edib.

APA-nın “İnterfax” agentliyinə istinadən xəbərinə görə, cinayətkar qrupun başçısı əvvəllər məhkum olmuş Azərbaycan vətəndaşıdır.

Qrup üzvlərindən 17 qram heroin, həşiş, “Kalaşnikov” avtomatı, 7,62 mm kalibrli patronlar, ov tüfəngi, soyuq silah götürülüb.

Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 222 və 228 maddələri üzrə (silahın və narkotik vasitələrin qanunsuz saxlanılması və satışı) cinayət işi qaldırılıb, istintaq davam edir. Qruplaşma üzvləri 4 ilə qədər azadlıqdan məhrum ola bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR