Neslihan Darnel: Ən güclü rəqibimiz “Azərreyl”dir

Neslihan Darnel: Ən güclü rəqibimiz “Azərreyl”dir
# 13 noyabr 2012 11:08 (UTC +04:00)

Bakı – APA. “Çempionlar Liqası uzun marafondur. Fikrimcə, qrupda ən güclü rəqibimiz “Azərreyl” klubudur”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Əczaçıbaşı” komandasının voleybolçusu Neslihan Darnel deyib.

Türkiyə millisinin də şərəfini qoruyan tanınmış voleybolçu komandasının Çempionlar Liqasındakı şanslarından danışıb. O, yerli mətbuata müsahibəsində yarışı qalib kimi başa vurmaq istədiklərini açıqlayıb.

II turda “Azərreyl”ə 3:0 hesabı ilə qalib gələn və ötən mövsüm 3 kubok qazanan “Əczaçıbaşı”nın memarı bunun ardının gələcəyinə inanır: “İlk hədəfimiz qrupdan çıxmaq və püşkdə rəqibimizi gözləməkdir. “Divlər Liqası”nda da uğura imza atıb, 4-cü kubokumuzu alarıq. Bu da mənim Çempionlar Liqasında ilk çempionluğum olar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR