Dövlət Statistika Komitəsi: Bu il Azərbaycanda 73 minə yaxın daimi iş yerləri açılıb

Dövlət Statistika Komitəsi: Bu il Azərbaycanda 73 minə yaxın daimi iş yerləri açılıb
# 23 noyabr 2012 08:08 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda 92 min yeni, o cümlədən 72,7 min daimi iş yerləri açılıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, regionların sosial-iqtisadi inkişafına istiqamətlənmiş ikinci döv­lət proqramının icrasını əhatə edən 2009-cu il yanvarın 1-dən cari ilin oktyabrın 1-dək 332,7 min olmaqla 252,3 min daimi iş yerləri yaradılıb. Cari ilin 9 ayında açılmış daimi iş yerlərinin 9,3%-i yeni yaradılmış müəssisə və təşkilatlarda, 22,9%-i mövcud müəssisə və təş­kilatlarda, 0,5%-i fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 67,3%-i isə fiziki şəxslər tərəfindən yaradılıb.

«Yeni iş yerlərinin 68%-i regionların, o cümlədən 16,6%-i Aran, 13,8%-i Gəncə-Qazax, 8,2%-i Naxçıvan, 6,6%-i Lənkəran, 4,8%-i Şəki-Zaqatala, 4,6%-i Quba-Xaçmaz, 4,1%-i Yuxarı Qarabağ, 4,3%-i Abşeron, 3,6%-i Dağlıq Şirvan, 1,4%-i isə Kəlbəcər-Laçın iqtisadi rayonunun payına düşüb», - deyə Komitədən bildirilib.

Bu ilin 9 ayı ərzində ölkədə açılmış daimi iş yerlərinin 4,9%-i tikinti, 5,1%-i ticarət və nəqliyyat vasitələrinin təmiri, 3,4%-i emal sənayesi, 2,3%-i digər sahələrdə xidmətlərin göstərilməsində, 1%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 1,2%-i peşə, elmi və texniki fəaliyyət, 7,5%-i dövlət idarəetməsi və müdafiə, sosial təminat, 1,2%-i maliyyə və sığorta fəaliyyəti, eləcə də digər fəaliyyət sahələri üzrə ixtisaslaşan müəssisə və təşkilatlarda yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR